Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Türkiyəyə rəsmi səfər edib.
“AzPolitika” xəbər verir ki, Zelenski, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş arasında İstanbulda baş tutan üçtərəfli sammit zamanı maraqlı bir hadisə yaşanıb.
Belə ki, Zelenski Ukrayna dilində danışarkən tərcüməçisinin onun cümlələrini türk dilinə çevirərkən qısaltmasına əsəbiləşib. Ukrayna lideri öz cümlələrini ingilis dilinə özü tərcümə etməli olub.
Zelenski tərcüməçiyə üz tutaraq bunları deyib:“Mən imkanlar pəncərəsindən danışdım. Dedim ki, bu, həll oluna bilməz. Çünki Rusiya tərəfindən hər gün atəşə tutuluruq. Bir də mən “Slava Ukraini”, ingiliscədə “Glory to Ukraine”, türkcədə isə “Ukraynaya şöhrət” dedim”.
Daha sonra tərcüməçi “Ukraynaya şöhrət”-deyərək düzəliş edib.
Zelenski isə tərcüməçiyə “Çox sağ olun. Bu vacibdir” cavabını verib.
“AzPolitika.info”


Şərhlər