Menu

"Papanın Ermənistanla bağlı açıqlaması bir siqnaldır" - Dövlət Baxçalı

02.12.2014, 20:04
"Papanın Ermənistanla bağlı açıqlaması bir siqnaldır" - Dövlət Baxçalı

Roma papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlaması bir siqnaldır.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bəyan edib.

Partiya rəhbəri papa Fransiskin qondarma erməni soyqırımı və Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı açıqlamalarını tənqid edib: “Səfərin ən vacib tərəfi papanın Ermənistanla sərhədlərin açılmasını təklif etməyi oldu. Bu, qondarma soyqırımı ilə bağlı iddiaların 2015-ci ildə ən yüksək səviyyəyə çatacağı barədə xəbərdarlıqdır. Papa, sanki, bunun xəbərini verirmiş kimi danışdı, ona aid olmayan işlər barədə açıqlama verdi."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol