Menu

Ukrayna Rusiyanın daha bir neft zavodunu vurdu - VİDEO

15.03.2024, 11:56
Ukrayna Rusiyanın daha bir neft zavodunu vurdu - VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kaluqa vilayətində yerləşən neft emalı zavoduna hücum edib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat və video paylaşıb.

Paylaşımda qeyd olunub ki, pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücum martın 15-i səhər saatlarında baş verib və yarım saat davam edib.

Məlumata görə, zavoda hücum edən 4 PUA vurulsa da, onlardan biri əraziyə düşüb və nəticədə borulara ziyan dəyib. Hücumdan dərhal sonra yanğın başladığı, lakin qısa zaman ərzində lokallaşdırıldığı qeyd olunur. 

Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol