Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctima Birliyi “Gəncliyin bəlası narkomaniya: Necə xilas olmalı” mövzusundakı son tədbirini 14 mart tarixində Göyçay rayonunda keçirmişdir.
Göyçay rayon Gənclər Evində keçirilən tədbirdə rayon gəncləri, Peşə Liseyinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbələri iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Tofiq Əzizov, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icraçı direktoru Tələt Qəribov, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Göyçay rayon Gənclər Evinin direktoru Fərid Əkbərov, Gənclər evinin sektor müdiri Təranə Nuruyeva və rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov çıxış edərək narkomaniyanın yayılması, əsasən də gənclər arasında yayılmasının səbəbləri haqqında ətraflı danışaraq narkomaniyanın fəsadlarına qarşı mübarizəyə dair maarifləndirici söhbətlər ediliblər.
Sonra Rayon Polis Şöbəsinin sahə rəisi baş leytenant Hafis Abdullayev rayonda bu sahədə görülən proflaktik işlərdən danışıb.
Tədbir çay süfrəsi arxasında aparılan söhbətdən sonra başa çatıb


Şərhlər