Menu

Putin seçkilərdən sonra ilk səfərini bu ölkəyə edəcək

19.03.2024, 16:13
Putin seçkilərdən sonra ilk səfərini bu ölkəyə edəcək

Rusiyada prezident seçkilərində qalib gələn Vladimir Putinin ilk xarici səfəri Çinə olacaq.

Bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumatda qeyd edilir  ki, səfərin mayın ikinci yarısında, Putinin andiçmə mərasimindən sonra baş tutacağı gözlənilir.

Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya liderinin bir neçə xarici ölkəyə səfərinin planlaşdırıldığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol