Menu

Boşananda mərc oyunlarından qazanılan gəlir də bölünəcək - Ali Məhkəmədən qərar

21.03.2024, 23:00
Boşananda mərc oyunlarından qazanılan gəlir də bölünəcək - Ali Məhkəmədən qərar

Ali Məhkəmədə ər və arvadın ümumi əmlakının bölünməsi ilə bağlı Plenum qərarı qəbul edilib.

“Qafqazinfo”nun məlumatına görə, qərarda maraqlı məqamlardan biri nikahı pozulan cütlüyün evlilik müddətində lotereya və mərc oyunlarında qazandıqları gəlirlə bağldır.

Məsələn, əgər ər birgə yaşayış vaxtı hər hansı lotareya, mərc və ya intellektual oyunda gəlir əldə edibsə, artıq həmin gəlir də ailənin ümumi əmlakı hesab ediləcək. Qayda ondan ibarətdir ki, sözügedən oyunlarda iştirak üçün verilən vəsait ər-arvadın ümumi əmlakından xərclənir. Bununla da gələcəkdə boşanma işlərində tərəflər bu məsələni də müzakirəyə çıxara bilərlər.

Bundan əlavə, digər məsələ ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan əmlakı ilə bağlıdır. Qərara əsasən, sözügedən əmlak ümumi hesab edildiyi kimi bankdan götürülən kredit də ər-arvadın birgə öhdəliyi sayılır. Yəni nikah pozulsa belə, krediti hər iki tərəf ödəməlidir.

Şərhlər

Watchman 2024-03-22 00:22:56

Kef arvadlarındır eee. Sağ olsun Ali məhkəmə, boşanmaları bir az da artırır. Belə də davam!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol