“Bu müharibə ona görə aparılır ki, Prezident Putin yer üzündəki istənilən fiziki silahdan qat-qat güclü olan bir şeydən – demokratiyadan qorxur. Amma heç bir təbliğat onun strateji məqsədlərinin heç birinə nail olmadığı həqiqətini gizlədə bilməz”.
“AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri Rob Bauer 16-cı illik Kiyev Təhlükəsizlik Forumunda deyib.
Bauer çıxışı zamanı onu da qeyd edib ki, indi Rusiya ordusunun, əsgərlərinin Ukraynada nə üçün döyüşdükləri barədə heç bir təsəvvürləri yoxdur. Admiralın fikrincə, bunun özü də Putinin “xüsusi hərbi əməliyyat”da istədiyinə nail ola bilməməsinin səbəblərindən biridir.
Bauer həmçinin xəbərdarlıq edib ki, Ukraynada Putinin qalib gəlməsinə imkan vermək təhlükəlidir. O, bu ssenarini “dəhşətli tarixi səhv” adlandırıb: “Çünki bu müharibənin nəticəsi bütün dünyanın taleyinə təsir edəcək”.
“AzPolitika.info”


Şərhlər