Son zamanlar tez-tez Ukraynaya qoşun göndərməyin mümkünlüyü barədə danışan Fransa Prezidenti Emmanuel Makron bu gün Rusiya ilə əməkdaşlıq etmək istədiyini deyib.
“AzPolitika” xarici KİV-lərə İstinadla xəbər verir ki, Makronun dediyinə görə, Fransa xüsusi xidmət orqanları Rusiyaya terrorizmlə mübarizədə əməkdaşlığı genişləndirməyi təklif edib.
Makron bunu jurnalistlərin Moskva vilayətində baş verən terror aktına Parisin reaksiyası ilə bağlı suallarını cavablandırarkən deyib: “Biz mövcud olan və Rusiya tərəfi üçün faydalı ola biləcək məlumatlara əsaslanaraq əməkdaşlığımızı təklif etmək üçün həm texniki, həm də nazirlik səviyyəsində bütün səviyyələrdə əlaqələrə girmişik”.
Makron jurnalistlərin Vladimir Putinlə təmaslarının bərpasının mümkünlüyü barədə aydınlaşdırıcı sualından isə yayınıb və bildirib ki, hələlik təmaslar xüsusi xidmət orqanları səviyyəsində ola bilər.
“AzPolitika.info”


Şərhlər