Asiyanın ən zəngin insanları bu bölgədə yaşayır - Milyarderlərin ən çox olduğu şəhərlər açıqlanıb

Hindistanın Mumbay şəhəri 92 milyarderlə Asiyanın “milyarderlər paytaxtı” olub.

“AzPolitika” xəbər verir ki, bu barədə “Hurun” Araşdırma İnstitutuna əsaslanan “Nikkei Asia” mətbuat təşkilatı hesabat yayıb.

Hesabatda qeyd olunub ki, Mumbay 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsi üzrə ən çox milyarderin yaşadığı şəhər olub.

İnstitutun hesabatına görə, hazırda ən çox milyarder Nyu-Yorkda (119 nəfər), Londonda (97 nəfər) və Mumbay şəhələrindədir.

Qeyd olunur ki, ölkələr üzrə milyarderlərin sayında Çin hər kəsi qabaqlayır. Hazırda Çində 814 milyarder var. Ancaq bu rəqəmin 2022-ci ilə nisbətən 155 nəfər azaldığı bildirilir. Həmin siyahının ikinci pilləsində isə 800 milyarderə sahib ABŞ gəlir.

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar