Kamran Əliyev təqaüdə göndərildi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, xidmətdə olmanın son yaş həddinə görə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar