İran hökuməti öz nüvə potensialını artırır. Beynəlxalq Atom Enerjisi Agentliyi bunu aktiv şəkildə təftiş etsə də, yoxlamalar kifayət etmir.
"AzPolitika" xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.
O, vurğulayıb ki, İran hökumətinin nüvə proqramı çox mürəkkəb və müxtəlif cəhətlərə malik olsa da, İranın düşüncəsi uranın maksimum zənginləşdirilməsini artırmağa yönəlib.
“MAQATE müfəttişləri öz təftiş vəzifələrini tam səlahiyyətlə yerinə yetirə bilməlidirlər, ancaq hazırda yoxlamalar atom proqramı ilə bağlı araşdırmalar məsələnin mahiyyətinin tələb etdiyi həcmdə və dərinlikdə aparılmır. Çünki İran rəsmiləri buna icazə vermirlər”, - deyə, Qrossi əlavə edib.
"AzPolitika.info"


Şərhlər
İyirmi Atom ES layihəsi olan İran dövlətini tərsinə *İslam İnqlabı* şüarı ilə iflas etmək, heç bir Hüquqa, dini-əqidəli insan vicdanına sığmayan və 50milyonluq yer kürəsi sakinlərinə qarşı Siyasi Dələduzluq Cinayəti idi!? Hazırda İrana Atom tədqiqatı işlərində ən müasir texnoloji üzrə tam yardım etməyi təklif edirəm! Bu mühüm Təhlükəsizlik tədbiri olmaqla İrandakı işlərə (digər halda imkansız) nəzarət şəraiti şəraiti yaradacaq?!