Almaniyanın Səhiyyə naziri, Sosial Demokrat Partiyasının (SPD) üzvü Karl Lauterbax sabiq kansler Gerhard Şröderi Vladimir Putinlə yaxınlığına görə partiyanı tərk etməyə çağırıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, nazir bunu öz sosial şəbəkə səhifəsində yazıb.
Lauterbax qeyd edib ki, bir vaxtlar Gerhard Şröderə böyük hörmət bəsləyirdi: "Bu gün isə təəssüf ki, biz ona görə utanırıq. Onun artıq SPD ilə heç bir əlaqəsi yoxdur. Putinin "dostu" kimi o, sadəcə olaraq bizim partiyanı tərk etməlidir".
Lauterbax Şröderin verdiyi son müsahibəyə istinad edib. Keçmiş kansler orada Rusiyanın Ukraynaya hücumundan iki ildən çox vaxt keçdikdən sonra Putinlə dostluğuna sadiq qaldığını açıqlayıb.
Şröder iddia edib ki, onun Kremllə yaxşı əlaqələri Ukraynadakı müharibənin sona çatmasına kömək edə bilər: "Biz uzun illər ərzində ağıllı şəkildə birlikdə işləmişik. Ola bilsin ki, bu, hələ də danışıqlar yolu ilə həll tapmağa kömək edə bilər, mən başqa həll görmürəm".
Bundan əvvəl Şröder Ukraynaya “Taurus” raketlərini verməkdən imtina edən hazırkı kansler Olaf Şoltsu dəstəkləyib.
“AzPolitika.info”


Şərhlər