Menu

"Sosial şəbəkədə hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar müəyyən olunub" - DİN

31.03.2024, 19:20
"Sosial şəbəkədə hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar müəyyən olunub" - DİN

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol