ABŞ-nin Nyu-York metro stansiyasında süni intellek vasitəsilə silahların və partlayıcı maddələrin aşkarlanması sınaqdan keçiriləcək. 

"AzPolitika" xəbər verir ki, stansiyaların qapılarında yerləşdiriləcək xüsusi skaynerlər şəxsin silahlı olub-olmadığını müəyyən edəcək.

Məlumata görə, ABŞ-nin  "Evolv Technology" şirkəti tərəfindən hazırlanmış sistem aşağı tezlikli elektromaqnit sahələri və sensorlar vasitəsilə bağlamalarda, bel çantalarında və ya paltarın altında olan obyektləri aşkar edir.

Qeyd olunur ki, sistemin süni intellekti şübhəli obyekt aşkar etdikdə həyəcan siqnalı verir. 

İstehsalçı iddia edir ki, bu texnologiya bütün silahların imzalarını tanıya bilir. 

Qeyd edək ki, "Evolv"-un skanerləri artıq bəzi yerlərdə istifadə olunur.

"AzPolitika.info"