Martın 22-də Moskvadakı “Crocus City Hall”-da törədilən terror aktıyla əlaqəsi olduğu güman edilən daha bir nəfər saxlanılıb.
“AzPolitika” xəbər verir ki, Basmannı Rayon Məhkəməsində hakim qarşısına çıxarılanTacikistan əsilli Yakubconi Yusufzodanın mayın 22-dək həbsdə saxlanmasına qərar verilib.
Məlumata görə, o, martın 26-da polisə müqavimət göstərdikdən sonra saxlanılıb.
O, “Crocus”a hücumla bağlı həbs edilən onuncu şəxs olub.
"AzPolitika.info"


Şərhlər