Menu

“İsrailin Azərbaycandakı səfirliyini vurun” - İranlı millət vəkilindən absurd açıqlama

02.04.2024, 11:25
“İsrailin Azərbaycandakı səfirliyini vurun” - İranlı millət vəkilindən absurd açıqlama

“Sionistlərin İran ərazisinə hərbi hücumuna qətiyyətli və oxşar cavab verməmək, həmçinin səbir göstərmək İranın böyük adına, nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir”.

“AzPolitika” xəbər verir ki, bunu İran parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuç ötən gün İsrailin Dəməşqə məlum hücumundan danışarkəndeyib.

Rəşidi absurd bir təklifdə irəli sürüb. O, İsarilin Azərbaycandakı səfirliyinə hücum etməyi təklif edib.

“Mənim təklifim odur ki, sionistlərin region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”,-deyə o bildirib.

Qeyd edək ki, ötən gün İsrailin Suriyada İran konsolluğunun yanındakı iqamətgahı vurması nəticəsində 11 nəfər həlak olub. Onlardan 7-si SEPAH-ın hərbi müşavirləri, 3-ü Suriya, digəri isə Livan vətəndaşıdır.

“AzPolitika.info”

Şərhlər

Senan 2024-04-02 12:47:39

sənin təklifinə çaxım ey fars mollasının aftaxa gəzdirəni...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol