Menu

“Fənərbağça” qərarlarını açıqladı

03.04.2024, 00:07
“Fənərbağça” qərarlarını açıqladı

İstanbulda "Fənərbağça" klubunun konqresi keçirilib.

"Apasport.az" xəbər verir ki, komandanın konqres üzvləri səsvermədən sonra 4 bənd üzrə idarə heyətinə tam səlahiyyət verib.

1) Superkubok matçında oynamamaq və ya uyğun bir tarixə təxirə salınmadan və əcnəbi hakim təyin edilmədikcə U-19 komandası ilə oynamaq.

2) Növbəti iki mövsümdə Türkiyə Kubokunda iştirak etməmək və ya U-19 komandası ilə iştirak etmək.

3) Türkiyədə futbol fəaliyyəti ilə bağlı qərarlardan asılı olmayaraq, xaricdə futbolun strukturlaşdırılmasına və təşkilinə başlamaq.

4) Hadisələrlə bağlı UEFA və FİFA-nın müvafiq şuralarına müraciət etmək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol