Menu

Rusiyada Priqojinə heykəl qoyulub

06.04.2024, 13:49
Rusiyada Priqojinə heykəl qoyulub

Krasnodar diyarının Qoryaçi Klyuç şəhərində, “Vaqner”ə məxsus kilsənin yaxınlığında Yevgeni Priqojinin və “Vaqner” komandiri Dmitri Utkinin abidəsi peyda olub. 

“AzPolitika” xəbər verir ki, heykəlin fotoları “Vagner”-in teleqram kanalında yerləşdirilib. Marqlıdır ki, bu xəbərə Rusiyanın rəsmi agentlikləri də öz səhifələrində yer veriblər.

Heykəltəraş Priqojini ayaq üstə, əlində “ratsiya” tutaraq təsvir edib. Onun arxasında pulemyotlu Utkin dayanır.

Pyedestalda "birinci" və "doqquzuncu" sözləri - Priqojin və Utkinin şəxsi çağırış kodları həkk olunub. Aşağıda onların döş nişanlarının nömrələri verilib.

Bundan əvvəl Priqojinin təyyarəsinin düşdüyü yerdə də abidə qoyulmuşdu.

Xatırladaq ki, Yevgeni Priqojin və Dmitri Utkinin olduğu Embraer ERJ-135BJ Legacy 650 təyyarəsi avqustun 23-də axşam Tver vilayətinin Kujenkino kəndi yaxınlığında “qəzaya uğrayıb”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol