Menu

“Ukraynadan sonra növbədə Qazaxıstandır” - Rusiya Dumasının deputatı + AUDİOYAZI

06.04.2024, 13:55
“Ukraynadan sonra növbədə Qazaxıstandır” - Rusiya Dumasının deputatı + AUDİOYAZI

Rusiyada Kreml təbliğatçıları artıq bütün əndazələri aşır və qonşu dövlətləri hədələmək dozasını daha da artırırlar.

“AzPolitika” xəbər verir ki, Volodimir Solovyov və Marqarita Simonyanın verilişlərində tez-tez görünən və ən simasız “qonaqlar”dan olan Rusiya Dövlət Dumasının general deputatı Andrey Qurulyov Qazaxıstanı açıq şəkildə təhdid edib.

O, həmkarlarına göndərdiyi söyüşlü audiomüraciətdə “növbəti Qazaxıstan olacaq” deyir. Səs yazısında Qurulyov iddia edir ki, Ukraynadan sonra Rusiya Qazaxıstana hücum edə bilər və artıq bununla bağlı qərar verilib.

“AzPolitika.info”


Şərhlər

Türk Turan 2024-04-06 19:06:06

Allah vurub sizi, Qazaxıstan tək deyil! Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Pakistan onunla birlikdədir. Allah vurub sizi. Lənətə gələsiniz.

Türk Turan 2024-04-06 18:27:15

Ukrayna ilə belə bacardılar, qaldı ki, Qazaxıstan ilə-Türk dünyası ilə. Rusiyanın başı üçün deyil.

X 2024-04-06 16:48:07

Allah belanızı verib. Ukraynada boğazınıza qədər p..a batmisiz. Çıxa bilsəniz sonra hurersiz. InşAllah çıxa bilmeyeceksiniz

Mubariz 2024-04-06 15:34:39

Hələ də bizim sözəbaxan « siyasilər » « politoloqlar » Paşikin dərdini çəkir ,Paşiki hədəliyirlər .Ermənistanda çevriliş olsa ,Qazağıstan yox ,hədəf biz olacağıq ,Qazax qardaşları Çin qoruyacaq ,bizi kim müdafiyə edəcək ? Ölkədəki rusun tulaları ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol