Sosial şəbəkələrdə rus ordusunun Ukrayna mövqelərinə doğru hücum cəhdini əks etdirən görüntülər yayılıb.
"AzPolitika" xəbər verir ki, Donetskdə lentə alınan kadrlara əsasən, 1 tank və 3 zirehli texnikadan ibarət kiçik rus kolonu sürətlə Ukrayna mövqelərinə doğru hərəkət etməyə çalışır. Lakin ruslar ağır bombardımanla üzləşir və hücum əməliyyatında heç bir nəticə əldə etmədən geri çəkilməyə məcbur olurlar.
Videodan da məlum olur ki, ruslar bu hücum zamanı bir zirehli texnikalarını itirirlər.
Həmin görüntüləri təqdim edirik:


Şərhlər