Menu

"Onun etdiklərinin səhv olduğunu düşünürəm" - Bayden Netanyahunu tənqid etdi

10.04.2024, 13:18
"Onun etdiklərinin səhv olduğunu düşünürəm" - Bayden Netanyahunu tənqid etdi

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benjamin Netanyahunu tənqid edib.

"AzPolitika" xəbər verir ki, ABŞ-nin ispandilli "Univision" kanalına müsahibə verən Bayden Netanyahu hakimiyyətinin Qəzza siyasətini dəyərləndirib.

ABŞ lideri Netanyahunun Qəzza zolağındakı hərəkətlərini "səhv" adlandırıb.

"Mən onun etdiklərinin səhv olduğunu düşünürəm. Onun yanaşması ilə razılaşmıram",-deyə Bayden bildirib.

O, İsraili Qəzzada dərhal atəşkəsi təmin etməyə, həmçinin humanitar yardımlar üçün addımlar atmağa çağırıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol