Dünya üzrə orta aylıq əməkhaqqınının ən yüksək olduğu ölkələrin siyahısı yayımlanıb.
"AzPolitika" xəbər verir ki, "CEOWorld" analitik nəşri tərəfindən tərtib edilən siyahıda 196 ölkə yer alıb. Reytinq müəllifləri hesablayıblar ki, ən yüksək orta əməkhaqqı maliyyə, sığorta, elektrik enerjisi, mədənçıxarma, informasiya texnologiyaları, pərakəndə ticarət və təhsil sektorlarındadır. Ən aşağı maaş isə inzibati işlər, mehmanxana və restoran idarəçiliyi və tikinti sənayesindədir.
Orta aylıq əməkhaqqının ən yüksək olduğu 3 ölkə - İsveçrə, Lüksemburq və ABŞ olub. Azərbaycan isə ilk 100-lükdə yer alıb. Siyahıya görə, Ermənistan (541 dollar) 92-ci, Gürcüstan (534 dollar) 93-cü, Azərbaycan (494 dollar) 99-cu, Ukrayna (430 dollar) 107-qərarlaşıb.
Hazırda ən yüksək orta aylıq əməkhaqqı bu ölkələrdədir:
1. İsveçrə (8111 $);
2. Lüksemburq (6633 $);
3. ABŞ (6455 $);
4. İslandiya (6441 $);
5. Norveç (5665 $);
6. Danimarka (5642 $);
7. Kanada (5081 $);
8. Qrenlandiya (4665 $);
9. İrlandiya (4622 $);
10. Hollandiya (4581 $).
Siyahıda sonuncu yerdə olan ölkələr isə aşağıdakılardır:
192. Şimali Koreya (37 $);
193. Mali (34 $);
194. Malavi (31 $);
195. Anqola (27 $);
196. Lesoto (24 $).
"AzPolitika.info"

Şərhlər
Turkiyede orta maas 1500 dollardir, siz niye yalan yazirsiz?!...emekli maasi da en az ise 500 dollardir!
Bu hökumətin iqitisadiyyat və sosial siyasət ilə məşğul olan nümayəndələrinin yarıtmaz fəaliyyətinin sübutudur.
Məncə dünyada birinci yeri Azərbaycanın rabitə nazirliyi tutur,xususəndə poçt sahəsi,poçt müdiri 307 man necədir sizlər üçün hörmətli Az.Politka əməkdaşları,imkan olanda arbir bizdəndə yazsanız pis olmaz,yoxsa xaricdən yazmaqla bizim cibimiz dolur bəyəm.
Orta əmək haqqının əsas göstərici sayılması doğru deyil.Çünki əhalinin əsas hissəsi minimum əmək haqqı alı.Amma iqtidara yaxın olan idarələri işçiləri və,bəzi monopolist şirkətlər işçilərə minimum əmək haqqının 30-40 misli qədər maaş yazır və bunun nəticəsində orta əmək haqqı süni surətdə artır.Əsas göstərici minimum əmək haqqı olmalıdır ki, buradan da hakimiyyət nəticə çıxarmalıdır.t
Buyuraq baxaq və düşünək.Bu necə olur?Nefti-qazı olmayan,iqtisadiyyatı sıfıra bərabər olan ermənistanda orta aylıq əməkhaqqı bizdən də,gürcülərdən də çoxdur?Bizim isə var-dövlətimiz aşıb-daşdığı halda ikisindən də geridəyik.Amma ştraflarımız Avropadakı,ABŞ-dakı qədərdi.Niyəsini soruşanda deyirlər Avropada da,Amerikada da belədi dəə.Amma Avropadakı,ABŞ-dakı maaşların-pensiyaların belə olmadığını görmürlərmi? Aaaa!Türk demiş,pes vallahi!Bizim deputatlar beyinlərini xalqın cibini soymaq üçün bunca ştraflar düşünməyə zorlamaqdansa əməkhaqlarımızı bunca artırmaq üzərində düşünmüş olsaydılar biz də çoxdan adam kimi yaşayanlar sırasında olardıq.ıBir mahnıdakı kimi,"Burda nitqim kəsildi,burda sözüm qurtardı".No comment yani.
Heç hənanın yeriydi, bu *CEOWorld* yaxıb? Nədən, artıq üç sərhədd arasındakı Paşinyan ölkəsini bizim min kmlərlə avropa dövlətlərini yanacaq ötürən Bakımızla nəinki, bir sıraya qoyub, hələ reytinqi 7 pillə də aşağı salıb? Hanı STMnin təhlili?