ABŞ Şimali Koreyanın “CRISPR”-dan (DNT-lərə təsir edən bakteriya-red.) istifadə edərək bioloji silah istehsal etməyə çalışdığını iddia edib.
“AzPolitika” xəbər verir ki, sözügedən iddia ABŞ Dövlət Departamentinin 2024-cü il üçün “Silahlara nəzarət, yayılmaması və tərksilah sazişləri və öhdəlikləri” adlı hesabatında yer alıb.
Hesabatda Şimali Koreyanın avadanlıq və materialların tədarükü üçün digər ölkələrlə əməkdaşlıq etdiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Beynəlxalq Münasibətlər Şurasının (CFR) 2023-cü il hesabatında Şimali Koreyanın kimyəvi və bioloji silahlara malik olduğu iddia edilib.
Xatırladaq ki, Böyük Britaniya tərəfindən hazırlanmış, 1972-ci ildə imzalanmış və 1975-ci ildə qüvvəyə minmiş ilk çoxtərəfli Bioloji Silahlar Konvensiyası bakterioloji və zəhərli silahların hazırlanmasını, istehsalını və saxlanmasını qadağan edir və bu silahların məhv edilməsini nəzərdə tutur.
Bioloji silahların istehsalını qadağan edən bu konvensiyaya 183 ölkə üzvdür.
“AzPolitika.info”


Şərhlər