ABŞ Prezidenti Co Bayden Qəzzaya hücumlarını davam etdirən İsraili dəstəklədiyi üçün doğulduğu Pensilvaniya ştatının Skranton şəhərində Fələstin tərəfdarı olan nümayişçilərin etiraz aksiyası ilə üzləşib.
“AzPolitika” xəbər verir ki, aksiya iştirakçıları noyabrın 5-də ABŞ-də prezident seçkiləri üçün təşviqat kampaniyasında iştirak edən Bayden Skranton Mədəniyyət Mərkəzindən çıxarkən ona öz etirazlarını bildiriblər.
Nümayişçilər “Bayden, gizlənə bilməzsən, biz səni soyqırımda ittiham edirik”, “Azad Fələstin” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, Co Bayden 20 noyabr 1942-ci ildə Skrantonda anadan olub.
“AzPolitika.info”



Şərhlər