İsrailin Livanda keçirdiyi əməliyyat nəticəsində Hizbullah təşkilatının komandirlərindən olan İsmayıl Yusuf Baz öldürülüb.
“AzPolitika” xəbər verir ki, o, Livanın cənubundakı Ayn Baal qəsəbəsində İsrail ordusuna məxsus pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
İsrail rəsmilərin Bazın Livandan İsrailə raket və tank əleyhinə raketlər atmağı planlaşdırdığını iddia edib.
Digər tərəfdən, Hizbullah hücumu təsdiqləyərək, Əbu Cəfər kod adlı İsmayıl Yusuf Bazla birlikdə Məhəmməd Hüseyn Mustafa Şihuri və Mahmud İbrahim Fədlallahın da hücum zamanı həlak olduğunu açıqlayıb.
“AzPolitika.info”


Şərhlər