Yaxın Şərqdə İran və İsrail arasında gərginliyin artdığı bir vaxtda ABŞ-nin gizli şəkildə İranın nüvə obyektlərini hədəfə ala bilən və kompüter sistemlərini tamamilə sıradan çıxara bilən “CHAMP” raketlərini xüsusi yerlərə yerləşdirdiyi məlum olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin istismarında olan bu silah İrandakı nüvə obyektlərini vura bilmək potensialına sahibdir. Xəbərdə o da qeyd olunub ki, 1100 kilometr mənzilli qanadlı raketlər kritik nöqtələrə yerləşdirilib.

Mütəxəssislər 10 ildir gizli şəkildə hazırlanan və elektromaqnit vibrasiyaya malik “CHAMP” raketlərinin ətraf mühitə zərər vermədən hədəfi vura bildiyini vurğulayırlar. Raketlər yerin altında gizlənmiş obyektləri də aşkar edərək insanları öldürmədən, bölgədəki elektron sistemlərə böyük ziyan vurmağı bacarır.
Hərbi ekspertlərin fikrincə, heç bir ölkənin bu raketləri əvvəlcədən aşkar edib qarşısını almaq kimi bir gücü yoxdur. “
Qeyd edək ki, mətbutda “gələcəyin silahı” kimi də bilinən bu raketlərin sınaqlarının uğurlu olduğuna dair xəbərlər ilk dəfə 2012-ci ildə tirajlanmışdı.
“AzPolitika.info”


Şərhlər