Rəsmi İrəvanın işğal altındakı kəndlərimizin qaytarılması ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirməyə razılıq verməsi Ermənistandakı rusiyapərəst və revanşist qüvvələrin növbəti isterikası ilə müşayiət olunur.
“AzPolitika” xəbər verir ki, Ermənistanın sabiq prezidenti, kriminal ünsür, uşaq qatili Serj Sarqsyanın Respublika partiyasının Ali Orqanının üzvü Eduard Şarmazanov Paşinyan hakimiyyətini bu razılaşmaya görə təhqir və təhdid edib.
O, eləcə də müxalif qüvvələri Paşinyanı devirmək üçün birləşməyə çağırıb: “Zaman bizim əleyhimizədir, biz təşkilatlanmalı, birləşməli, kapitulyantları(təslimçi hakimiyyəti-red.) aradan qaldırmaq üçün mübarizə aparmalıyıq. “Vətəndaş Müqaviləsi” kapitulyantları, Qranadadan sonra siz “anklavları təslim etməkdən söhbət gedə bilməz”, - deyə qışqırdınız. Bəs, bu nədir?
Nikolistlərə qarşı mübarizə aparmaq üçün hamımız birləşməli, normal iş aparmalı və İrəvanın mərkəzinə toplaşmalıyıq. Sülh deyə qışqıraraq Ermənistanı Azərbaycanlaşdırırlar. Mayın 15-nə kimi birləşmək lazımdır. Uğursuzluğa düçar olsaq, deməli, biz də onlar(hakimiyyət) kimi zibilik”.
“AzPolitika.info”


Şərhlər
Bir terefden yazilir ki, rusperest ermeniler arani qarishdirirlar; demeli, bunlara rusiya himayedarliq edir, digerterefden de bizim telemekanda rusperest sherhciler son umudumuzu, gelecek xoshbextliyimizi rusiyada gorurler, indi neyneyek?
Bizim hökumət Paşikə bir az qrant ayırsa Serjik və Koçik az bir zamanda DTX-nın « lüks otaqlarında » çay içə bilərlər
A bala,səlib yürüşlərindən bu yana bu min ildə ona-buna alət olduğunuzu anlayan və bunu üzünüzə deyən Paşinyan deyə bir ağıllınız peyda olub,ona qulaq asın ki bundan sonra zibil olmayasınız,adam kimi qonşularla mehriban yaşayasınız,siz isə ona qarşı gəlməsəniz guya zibil olacaqsınız.Toplaşıb neyniyəcəksiniz?Sərt olub türkmənbaşını yeyəcəksiniz Aşqabadda?Yoxsa bizdən gedən sülhməramlıların Yerevanda nəsə bir ox qaynadacığna ümidlənmisiniz?Qaynatsalar da heç nə dəyişməz.Əndamınızdan yuxarı tullanmağı buraxın,adam olun,adam.