Hindistanlı milyonçu cütlük - Bhaveş Bhandari və həyat yoldaşı Cinal Bhandari dəbdəbəli həyat tərzindən imtina edərək, bütün var-dövlətlərini kasıblara bağışlayıblar.
“AzPolitika” xəbər verir ki, Hindistanın daşınmaz əmlak sahəsində tanınmış simalarından olan Bhandari cütlüyü Sabarkanthadakı bütün mülklərindən imtina edərək kahin olmaq qərarına gəiblər.
Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, avtomibildə kral paltarına bənzər geyimdə hərəkət edən cütlük öz əşyalarını və pullarını izdihamlı kütləyə paylayıb. Zəngin cütlüyün hədiyyələrini almaq üçün 4 kilometrlik yolda yüzlərlə insan toplaşıb.
Bhaveş Bhandari bu qərarını “Mən düzgün həyat yolunu seçməyə qərar verdim. Qərarımdan məmnunam”,- sözləri ilə izah edib.
Qeyd edək ki, Bhandarilərin milyonlarla dollar gəlir gətirən ailə biznesini bundan sonra Bhandarinin atası və böyük qardaşının idarə edəcəyi bildirilir. Məlumata görə, cütlük artıq keşiş kimi xidmət edəcək və yalnız xeyriyyə təşkilatları tərəfindən verilən yeməkləri yeyəcəklər.
“AzPolitika.info”

Şərhlər
Dəbdəbəyə nifrət etməklə tövbə edib isanlığa doğru geri dönən, bütün dünyanın, eləcə də Azərbaycanın sərvət düşgünlərini qadın və kişi demədən ayaqları altına alıb əzən bu butpərəst cütlüyün qarşısında bir müsəlman olaraq diz çökürəm. Təəssüf edirəm ki, mənim ölkəmdə bu addımı ata biləcək nə bir kişi, nə bir qadın var.
Bizimkilər də gözlərinə su versinlər. Əksəriyyətinin Xalqa xeyiri olmasa da, heç olmasa Dövlətdən, Xalqdan oğurlamasınlar.