Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa rəsmi səfər edib. Ərdoğan 13 ildən sonra İraqın paytaxtı Bağdada gedib.
"AzPolitika.info" Türkiyə mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində, o, Bağdadda İraq Prezidenti Əbdüllətif Rəşid ilə görüşüb. Daha sonra Baş nazir Məhəmməd Şiya əl-Sudani ilə görüşləri baş tutacaq.
Tarixi səfər zamanı təhlükəsizlik, ticarət əlaqələri və su problemləri ilə bağlı məsələlər müzakirə olunacaq. Gündəmdə olan ən əsas məsələlər terrorla mübarizə, su ehtiyatlarından istifadə, təbii qaz və neftin Türkiyəyə nəqli ilə bağlı olacaq.
Ərdoğan və Sudani birgə mətbuat konfransı keçirəcəklər və iki ölkə arasında müqavilələr imzalanacaq.
İllər sonra İraqa gedən Ərdoğan üçün möhtəşəm qarşılanma mərasimi təşkil olunub, toplardan atəş açılıb
***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 il sonra İraqa rəsmi səfər edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Səfər çərçivəsində, o, Bağdadda İraq Prezidenti Əbdüllətif Rəşid ilə görüşüb.


Şərhlər