Menu

“Azərbaycanın məqsədinə çatacağı mənim üçün tamamilə aydın idi” – Arestoviç sülhməramlıların gedişini şərh edib

23.04.2024, 15:10
“Azərbaycanın məqsədinə çatacağı mənim üçün tamamilə aydın idi” – Arestoviç sülhməramlıların gedişini şərh edib

“Azərbaycan rəhbərliyi qüsursuz bir oyun oynayır”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılmasına münasibət bildirərkən deyib.

O, 2020-ci ildə sülhməramlıların bölgəyə gəlişi ilə bağlı dediklərini xatırladıb:“Əziz azərbaycanlılar, mənim 2020-ci il müharibəsi ilə bağlı şərhimi çoxunuz xatırlayırsınız. Rusiya sülhməramlılarını gətirəndə hamı elə bilirdi ki, onlar getməyəcəklər. Amma mən 5 il ərzində onların gedəcəyini demişdim. Nə qədər vaxt keçib? Dörd il. Mən o zaman Azərbaycan rəhbərliyinin nə işlə məşğul olduğunu çox gözəl başa düşürdüm. Bunun kənardan necə göründüyü ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan rəhbərliyi bütün bu müddət ərzində qüsursuz oyun nümayiş etdirdi. Azərbaycanın məqsədinə çatacağı mənim üçün tamamilə aydın idi”.

“Azərbaycanlıların oyun strategiyalarına sadəcə heyran olmaq lazımdır. Onlar rus məktəblərini bağlamadılar, başqa xalqların mədəniyyətlərini sıxışdırmadılar. Ona görə də bu gün Azərbaycanda heç kim özünü ikinci dərəcəli insan kimi görmür. Onlar anladılar ki, Azərbaycanda qalıb Azərbaycan üçün könüllü ölməyə qərar verən ruslar ikiqat qəhrəman olurlar. Ukraynada bunu heç vaxt başa düşməyəcəklər. Bizdəki macarlar pasport alıb Avropada yaşaya bilərdilər, amma Ukrayna uğrunda döyüşmək qərarına gəldilər. Biz onlara necə cavab verdik? Onların dilin sıxışdırdıq... Gərək Azərbaycana baxıb, bundan dərs çıxaraq”,-deyə o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol