UEFA 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatında oyunları idarə edəcək hakimlərin adlarını və onların qazanacağı məbləği açıqlayıb.

“AzPolitika” xəbər verir ki, turnir çərçivəsində keçirilən oyunları - Artur Soares Dias (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida, Daniele Orsato (İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Letexier, Klement Turpin (Fransa), Denni Makkelie (Hollandiya) , Şimon Marçiniak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Niberq (İsveç), Maykl Oliver, Entoni Taylor (İngiltərə), Sandro Şarer (İsveçrə), Daniel Siebert, Feliks Zwayer (Almaniya), Slavko Vinçiç (Sloveniya), Fakundo Tello (Argentina) idarə edəcək.

Məlumata görə, hakimlər qrup mərhələsində hər oyuna görə 5 min avro, pley-off mərhələsində isə 10 min avro qazanacaqlar. Köməkçi və dördüncü hakimlərə isə qrup mərhələsində hər oyuna görə 2500 avro, seçmə mərhələdə isə hər oyuna görə 5000 avro ödəniləcək. VAR hakimlərinə gəlincə, onlar qrup mərhələsində 3 min avro, seçmə mərhələsində isə hər oyun üçün 5 min avro qazanacaqlar.

Qeyd edək ki, 14 iyun-14 iyul tarixlərində baş tutacaq Avropa çempionatına Almaniya ev sahibliyi edəcək.

“AzPolitika.info”