Çində səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken bu gün Çin lideri Si Cinpinlə görüşüb.

"AzPolitika" xəbər verir ki, sözügedən görüşlə bağlı sosial şəbəkələrdə paylaşılan videoda Çin Liderinin Blinkeni soyuq qarşıladığı məlum olub.

Belə ki, videodan açıq-aydın görünür ki, Blinken ilə görüşən Cinpin əlini tez çəkir və yalnız bundan sonra mətbuat üçün poz verir. Eyni zamanda o, ikitərəfli görüş zamanı Blinkenlə üzbə-üz şəkildə əyləşmək əvəzinə, masanın yuxarı başında oturur.

Qeyd edək ki, diplomatların bu görüntüləri sosial şəbəkələrdə də böyük marağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri Çin lideri Blinkenə "yerini göstərdi" kimi şərhlər yazaraq bunun Cinpin tərəfindən ABŞ-yə verilən bir mesaj olduğunu iddia ediblər.

"AzPolitika.info"