"Xarici agentlər" haqqında qanun layihəsi ilə bağlı keçirilən iclasda növbəti dəfə Gürcüstan parlamentini qarışdırıb.
"AzPolitika" xəbər verir ki, budəfəki qarşıdurmada deputat Xatia Dekanoidze parlament çoxluğunun üzvü Quram Maçaraşviliyə şüşə butulka atıb.
Digər deputatların məsələyə qarışması ilə birlikdə tərəflər sakitləşdirilib.
Qeyd edək ki, sözügedən qanun layihəsi ilk dəfə 2023-cü ilin fevralında parlamentə təqdim edilib. Layihənin məğzi budur ki, maliyyəsinin 20%-dən çoxu xaricdən gələn təşkilatlar xüsusi reyesterə daxil edilməlidirlər. Bu, xarici dövlətlərin müxtəlif partiyalar, QHT-lər və media orqanları vasitəsilə ölkədəki proseslərə müdaxilə imkanlarını azaltmağa xidmət etməlidir. Müxalifət bu layihəni “rus qanunu” adlandırır və bu qanunu dəstəkləyənləri “Rusiyaya işləməkdə”, “Rusiyanın adamı olmaqda” ittiham edirlər. Onların fikrincə, bu qanun Moskvanın diqtəsilə hazırlanıb.
"AzPolitika.info"


Şərhlər