Menu

Ermənistanda itaətsizlik aksiyaları keçirilir – Müxalifətçilər küçələri bağlayır, həbslər başlayıb + VİDEO

11.05.2024, 12:39
Ermənistanda itaətsizlik aksiyaları keçirilir – Müxalifətçilər küçələri bağlayır, həbslər başlayıb + VİDEO

Ermənistanda dünən səhərdən etibarən yepiskop Baqrat Qalstyanın çağırşı üzrə itaətsizlik aksiyaları keçirilir.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, polis aksiya iştirakçılarına qarşı tədbirlər görməyə başlayıb, artıq 12 nəfər həbs edilərək polis bölmələrinə aparılıb.

Bu gün səhər isə müxalifətçilər Qay prospektini bağlayıblar. Polislər onları yolun hərəkət hissəsindən çıxmağa çağırıb, daha sonra yolu kəsənlər həbs edilib. Vətəndaşlar daha sonra Azatutyun, Tiqran Mets prospektlərini də bağlayıblar. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı güc tətbiq edərək yolu açmağa nail olublar.

Xatırladaq ki, keşiş Baqrat Baş nazirə vaxt verib, tələblərinin yerinə yetirilmədiyi təqdirdə itaətsizlik aksiyalarına başlayacaqlarını bildirib. İki gün ərzində paytaxtın əsas meydanında aksiya keçirilib, bu gün isə mitinq planlaşdırılmır.

“AzPolitika.info”


Şərhlər

dadaşyev 2024-05-11 13:25:08

Elza Seyidcahan bu agent-keşişin ağzını tiksə yaxşı olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol