“Ümid Partiyasının sədri İqbal Ağazadə qarşıdan gələn parlament seçkilərində 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd olacaq”.
Bunu “AzPolitika”-ya açıqlamasında partiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Abbasov bildirib. O, xatırladıb ki, İ.Ağazadə dairəsini dəyişmir, sadəcə dislokasiya dəyişdiyinə görə 36 saylı dairədən namizəd olur. “Bu, elə əvvəlki 35 saylı Seçki Dairəsidir”, -E.Abbasov əlavə edib.
Partiya sözçüsü qeyd edib ki, hələlik Ümid Partiyası seçkidə 49 namizədini müəyyənləşdirib: “İş gedir, ümumilikdə parlament seçkilərində 70-dən artıq namizədlə iştirak etməyi planlaşdırırıq”.
Qeyd edək ki, Ümid Partiyası E.Abbasovun namizədliyini 19 saylı Nərimanov birinci Seçki Dairəsindən irəli sürəcək.
“AzPolitika.info”


Şərhlər
Yəni Ümüd partiyasının 70 üzvü varmı ki, 70 dairədən namizəd verirlər??? İqbal Ağazadəyə gəlincə, o Rauf (Abbasov) Arifoğlu ilə eyni dairədən namizədliklərini versinlər və İqbal bəy də gedib, Quba tərəflərdən Rauf Abbasov ad-soyadlı birisini tapsın ki, seçicilər də, çaş-baş qalaraq bilməsinlər hansı Raufa səs verirlər. Oyunun olsun ay İqbal bəy...