- “Bakıda bir qadın 202 nəfərə 498 175 manat zərər vurub. Həmin şəxs həbs edilib, hazırda polis tərəfindən istintaq aparılır”.
“AzPolitika” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

“"Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib”, - DİN rəsmisi qeyd edib.
E.Hacıyev onu da bildirib ki, L.Rəcəbovanın əməllərindən zərərçəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilər.
“AzPolitika.info”



Şərhlər