“Ölüm bölgəsi” dünyada insanların qanuni olaraq cinayət törədib cəzasız qalacağı yeganə yerdir.
“AzPolitika” xəbər verir ki, 80 kvadrat kilometrlik bu ərazi ABŞ-nin Yellowstone Milli Parkında yerləşir. Bu bölgə ABŞ-nin qərbindəki Vayominq ştatının çox hissəsini əhatə edir, qonşu Montana və Aydaho ştatlarına qədər uzanır.
Məlumata görə, qanundakı boşluqlar bu bölgəni həm hüquq-mühafizə orqanları, həm də park mühafizəçiləri üçün böyük başağrısına çevirib.

Belə ki, ABŞ Konstitusiyasının 6-cı maddəsinə əsasən, Federal məhkəmələrdə münsiflər heyəti iştirak edir və onlar cinayətin törədildiyi ştatdan, eləcə də ərazidən olan şəxslərdən ibarət olurlar. Sözügedən bölgədə heyvanlardan başqa heç bir canlı yaşamadığı üçün bu münsiflər heyətinin tərkibi formalaşa bilmir. Bu səbəbdən şübhəlilər qətldən sonra tapılıb məhkəməyə gətirildikdə, 6-cı maddəyə əsasən, ərazidə heç kim yaşamadığı üçün “ABŞ-nin ədliyyə sistemi münsif təşkil edə bilməz” maddəsi ilə sərbəst buraxılırar.
Məlumata görə, indiyədək qeydə alınmış cinayət işi olmasa da, bölgədə çoxlu sayda itkin düşmüş şəxsin olduğu deyilir. Təkcə ötən il iki şəxsin burada naməlum səbəbdən yoxa çıxdığı bildirilir.
"AzPolitika.info"

Şərhlər
Dünyada cinayətkarın cəzalanmadığı yeganə yer bizim v.ətəndir..