Menu

"Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq" - Pentaqon

17.05.2024, 20:42
"Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq" - Pentaqon

Rusiya ordusundakı hərbçilərin sayını artıracaq və uzun illər NATO üçün problem olaraq qalacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ABŞ-nin Avropa Komandanlığının rəhbəri Kristofer Kavoli deyib.

O bildirib ki, Ukraynadakı müharibənin necə bitməsindən asılı olmayaraq, Rusiya təhlükə mənbəyi olaraq qalacaq.

“Onlar ittifaq üçün uzunmüddətli təhlükə yaradacaqlar. Bizim Rusiya ilə böyük problemimiz olacaq”, - K.Kavoli Vaşinqton Atlantik Şurasında çıxışı zamanı söyləyib.

“Rusiya hərbi personalının sayını artıracaq. Onlar artıq belə planlarının olduğunu açıqlayıblar. Bu məqsədlərə nail olmaq üçün artıq sənaye istehsalını və kadrların işə qəbulunu artırıblar. Onlar itkilərini ən qısa zamanda bərpa etməyə çalışacaqlar”, - general əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol