Menu

"İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq" - Dövlət başçısı

19.05.2024, 14:34
"İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq" - Dövlət başçısı

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük.

"Report" xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

Bunu ümidverici hadisə hesab edən dövlət başçısı vurğulayıb: “Çünki bu, ümid verir ki, nəhayət uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq”.

Şərhlər

Səbuhi Əliyev 2024-05-19 16:57:17

ALLAH CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİ QORUSUN . ONUN UZAQGÖRƏN SİYASƏTİ NƏTİCƏSİNDƏ AZƏRBAYCAN VƏ BİZƏ DOST ƏTRAF DÖVLƏTLƏR DƏ SADİQ OLDUQLARI HALDA XOŞ GÜNƏ ÇIXACAQLAR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol