İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib.
Bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib.
"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır".
Bunu isə Qırmızı Aypara Cəmiyyətinin Baş katibi Yaqub Süleymani bildirib.
Cəmiyyətin fövqəladə halların idarəedilməsi qərargahına gələn Süleymani qeyd edib ki, qəza zonasına 15 çevik xilasetmə qrupu göndərilib. Beş operativ qrup isə Aerokosmik Təşkilatın təqdim etdiyi koordinatlara yaxınlaşıb.
"Bizdə prezidentin olduğu helikopterdən iki nəfərin zəng vurduğu barədə məlumatlar var, bunlar araşdırılır", - Süleymani bildirib.
***
İran Prezidentinin qəzaya uğradığı helikopter tapılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi dövlət televiziyasına istinadən məlumat yayıb.
Prezident Rəisinin və helikopterdəki digər rəsmilərin vəziyyəti ilə bağlı təfərrüatlar yoxdur.
Vitse-prezident Mohsen Mansuri deyib ki, Rəisinin qəza enişi edən helikopterində olan iki nəfərlə əlaqə saxlanılıb.
"Qəzadan sonra helikopterdə olan iki nəfərin bizim həmkarlarla əlaqə saxlaması ümidlərimizi artırır", - Mansuri bildirib.
Qeyd edək ki, bir qədər əvvəl xilasetmə briqadaları İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi yerə çatıblar.
Bu barədə İran dövlət telekanalının müxbiri bildirib.
Onun sözlərinə görə, ərazidə qaranlıq düşüb və yağış yağır. Palçıq səbəbindən texnika və insanların hərəkəti çətinləşib. Həmçinin, ərazi dağlıq olduğundan xilasedicilər piyada hərəkət edirlər.



Şərhlər