Menu

Rəisiyə vida mərasimi başlayıb – Təbrizdə minlərlə insan küçələrə axışıb (VİDEO)

21.05.2024, 12:11
Rəisiyə vida mərasimi başlayıb – Təbrizdə minlərlə insan küçələrə axışıb (VİDEO)

İranda müəmmalı helikopter qəzasında həyatını itirən Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan üçün keçiriləcək üç günlük vida mərasimi bu gündən etibarən başlayıb.

“AzPolitika” xəbər verir ki, vida mərasimlərinin başlaması ilə əlaqədar ölkə daxilində bütün dövlət idarələri və iş yerləri bağlanılıb. Məlumata görə, İran prezidenti və xarici işlər naziri üçün Təbriz və Qum şəhərlərində ayrıca vida mərasimləri keçiriləcək. İranın Ali dini lideri Ayətullah Əli Xamenei də sabah mərasimə qatılacaq. Rəsinin cənazəsi vida mərasimi başa çatdıqdan sonra cümə günü doğulduğu Məşhəd şəhərində torpağa tapşırılacaq. Artıq səhər saatlarından etibarən Rəisinin vida mərasiminə insan axını müşahidə olunmağa başlayıb, minlərlə insan küçələrə axışıb.

Xatırladaq ki, İran prezidenti başda olmaqla digər yüksək səviyyəli dövlət nümayəndələri mayın 19-da baş verən helikopter qazasında həlak olublar.

“AzPolitika.info”


Şərhlər

Tahir 2024-05-21 12:43:30

İran rejimi yas mərasimlərindən ötrü ölür də... Allah da İranlılardan bunu nəinki "əskik" etmir hətta verəndə bolluğunan verir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol