Menu

“Finca Azerbaijan” cərimələndi - Bu qanunu pozub

21.05.2024, 17:41
“Finca Azerbaijan” cərimələndi - Bu qanunu pozub

“Finca Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının qanun pozuntusuna yol verdiyi aşkarlanıb.

“AzPolitika” xəbər verir ki, Mərkəzi Bankın yoxlamalarından sonra “Finca Azerbaijan” və onun vəzifəli şəxsi cərimələnib. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatı yayılıb .

Bildirilir ki, mikromaliyyə təşkilatında Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq “Finca Azerbaijan” və onun vəzifəli şəxsi Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 20 min və 2 min manat məbləğində cərimə edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol