Menu

İrlandiya və İspaniya da Fələstini tanıdı - Rəsmən açıqlandı

22.05.2024, 11:56
İrlandiya və İspaniya da Fələstini tanıdı - Rəsmən açıqlandı

Norveçin ardınca İrlandiya və İspaniya da Fələstin dövlətini rəsmən tanıdıqlarını bəyan ediblər.

"AzPolitika" xəbəb verir ki, əvvəlcə bu barədə İrlandiyanın baş naziri Simon Harris açıqlama verib. O bildirib ki, qərara İspaniya da qoşulacaq.

Bir qədər sonra İspaniya da Fələstin dövlətinin müstəqilliyini tanıdığına dair niyyətini təsdiqləyib.

Məlumata əsasən, qərar mayın 28-də qüvvəyə minəcək.

Qeyd edək ki, işğalçı İsrail rejimi sözügedən ölkələrin Fələstin dövlətini tanıması fonunda Norveç və İrlandiyadakı səfirlərini geri çağırıb. İspaniya ilə bağlı da  oxşar addımı atacağını bəyan edib.

"AzPolitika.info" 

Şərhlər

Watchman 2024-05-22 13:56:27

Afərin! Müsəlman ölkələrinin etməli olduğunu xristian ölkələri etdi. Davamı gəlsin və Fələstin haq etdiyi azadlığına qovuşsun. Ar olsun müsəlman ölkələrinə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol