Menu

“Ukrayna Xarkovda rusların hücumunu dayandıra bilib” - Röpke

22.05.2024, 14:09
“Ukrayna Xarkovda rusların hücumunu dayandıra bilib” - Röpke

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiyanın hücumunu dayandıra bilib.

“AzPolitika” xəbə verir ki, bu barədə “Bild” nəşrinin analitiki Yulian Röpke bildirib.

“Bild” nəşrində yayımlanan məqalədə qeyd isə edilib ki, Ukrayna bunu ABŞ-dən gələn silahlar sayəsində edə bilib.

“Rusiya Silahlı Qüvvələri Liptsi kəndi istiqamətində ilk üç gündə tutduqları eyni sərhəd kəndlərində qalıblar. Volçansk bölgəsində şəhər uğrunda döyüşlər davam edir, lakin burada da demək olar ki, heç bir irəliləyiş yoxdur. Buna səbəb Ukraynanın yeni Amerika silahlarından istifadə etməsidir. Ukrayna Silahlı Qüvvələri “GLSDB” bombalarından, “Javelin”-lərdən və 155 mm-lik artilleriya mərmilərindən fəal şəkildə istifadə edir”,-deyə qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol