Menu

Ukrayna daha bir təyyarə vurdu - Pokrovsk istiqamətində vəziyyət gərginləşib

23.05.2024, 12:42
Ukrayna daha bir təyyarə vurdu - Pokrovsk istiqamətində vəziyyət gərginləşib

Mayın 22-də Ukrayna müdafiə qüvvələri Pokrovsk istiqamətində Rusiyanın “SU-25” hücum təyyarəsini vurub.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Pokrovsk istiqamətində hücumların sayı 25-ə çatıb. Düşmən hücum qrupları və texnikası ilə döyüş mövqelərimizə soxulmağa çalışır. Vəziyyət gərgin olaraq qalır. Ukrayna əsgərləri Rusiyanın bir “SU-25” hücum təyyarəsini məhv edib” – deyə, məlumatda bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol