Rusiya vətəndaşlarının Norveçə səfərinə icazə verilməyəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Norveçin ədliyyə və ictimai təhlükəsizlik naziri Emilie Enger Mehl açıqlama verib.
O, Ukraynanın işğalına cavab olaraq Rusiyaya qarşı belə bir addımın atılacağını bildirib.
Qeyd olunub ki, Norveç mayın 29-dan sərhəd keçidlərini daha da sərtləşdirəcək.
“AzPolitika.info”


Şərhlər