Menu

İRAN YENƏ İKİÜZLÜLÜYÜNÜ GÖSTƏRDİ - Azərbaycan və Türkiyə bayraqlarına yer vermədilər... (FOTO)

23.05.2024, 16:04
İRAN YENƏ İKİÜZLÜLÜYÜNÜ GÖSTƏRDİ - Azərbaycan və Türkiyə bayraqlarına yer vermədilər... (FOTO)

İran prezidentinin rəsmi səhifəsindən 19 may tarixində baş verən, ölkə başçısı, xarici işlər naziri, eləcə də bir neçə hökumət rəsmisinin ölümü ilə nəticələnən məlum helikopter qəzası ilə bağlı paylaşım edilib.

"AzPolitika" xəbər verir ki, həmin paylaşım sözügedən faciə ilə bağlı İrana başsağlığı verən ölkələrə təşəkkür məqsədilə edilib və yayımlanan fotoda həmin ölkələrin bayraqları əks olunub.

Ancaq maraqlıdır ki, fotoda İrana başsağlığı verən ilk ölkələrdən olan, Baş nazir səviyyəsində İbrahim Rəisinin vida marəsimində iştirak edən Azərbaycan, eləcə də "AKINCI" PUA-sı ilə prezidentin axtarış-xilasetmə işlərinə qatılan və qəza yerini müəyyən edən, yüksək səviyyəli rəsmilərini İrandakı vida mərasiminə göndərən, hətta ölkəsində 1 günlük rəsmi matəm elan edən qardaş ölkə Türkiyənin bayraqları fotoda əks olunmayıb. 

Şübhəsiz ki, bu addım İrandakı fars rejiminin ikiüzlülüyün növbəti təzahürü kimi qiymətləndirilməlidir.

"AzPolitika.info"

Şərhlər

Veteran 2024-05-23 22:23:07

Oğlumun ... Allah heç rəhmət eləməsin.

Vətəndaş 2024-05-23 19:22:29

... molla rejiminin olmayan xislətinə

Roma 2024-05-23 18:53:02

İran qədər bizə düşmən 2-ci bir dövlət ola bilməz, intəhası Şeyx Həzrətləri 44 günlük qələbəmizdə İranın "FƏTVA" rolundan ağızdolusu danışırdı...???

RR 2024-05-23 16:48:58

AHA,,,,

dadaşyev 2024-05-23 16:25:15

"Zəhərdə şəfa olmaz,qəhbədə vəfa".(Türk atalar sözü).

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol