ABŞ Prezidenti Co Baydenin səsini təqlid edərək seçicilərə süni intellekt vasitəsilə avtomatik zənglər edən şəxs rekord məbləğdə cərimə olunub.
“AzPolitika” xəbər verir ki, Federal Rabitə Komissiyası tərəfindən Stiven Kramer adlı ABŞ vətəndaşına 6 milyon dollar məbləğində cərimə kəsilib.
Digər tərəfdən, Kramerin istifadə etdiyi operator “Lingo Telecom” da 2 milyon dollar cərimə olunub. Kramerin “seçiciyə təzyiq” də daxil olmaqla, 13 müxtəlif ittihamla mühakimə olunması tələb edilib.
“AzPolitika.info”


Şərhlər