Menu

"Rusiya bunun üçün atəşkəs danışıqlarından istifadə edəcək” - ABŞ İnstututu aydınlıq gətirdi

25.05.2024, 10:35
"Rusiya bunun üçün atəşkəs danışıqlarından istifadə edəcək” - ABŞ İnstututu aydınlıq gətirdi

Kreml Ukraynaya dəstək verməklə bağlı Qərbin qərarlarına təsir etmək üçün müharibənin kritik anlarında danışıqlara maraq göstərməyə davam edəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstutunun ("ISW") yayımladığı materialda bildirilir.

Rusiya lideri Vladimir Putinin atəşkəsə hazır olduğuna dair yayılan xəbərləri analiz edən "ISW" qeyd edib ki, Kremlin ritorikası və Rusiyanın hərbi hərəkətləri göstərir ki, Putin danışıqlarda və ya müstəqil Ukrayna dövlətinin məhvinə mane olacaq hücumların dayandırılması ilə bağlı hər hansı nizamlanmada maraqlı deyil.

“Atəşkəs Rusiyanın Ukrayna dövlətçiliyini məhv etmək üçün hücum kampaniyasını bərpa etməsinə mane olmur. Rusiya Ukrayna ərazisində gələcək hücum əməliyyatlarına hazırlaşmaq üçün bu cür atəşkəs danışıqlarından istifadə edəcək”, - deyə ISW vurğulayır.

Xatırladaq ki, Qərb mətbuatında ötən gün Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni dayandırmağa və qoşunların hazırkı cəbhə xəttində qalacağını nəzərdə tutan atəşkəs razılaşmasına hazır olduğuna dair xəbərlər yayılmışdı.

"AzPolitika.info" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol