Rusiya hərbçiləri mayın 25-də günorta saatlarında Xarkovdakı “Episentr” hipermarketinə "UMPB D-30" hava bombaları ilə zərbə endirib.
"AzPolitika" xəbər vrrir ki, bu barədə regional polis rəisi Vladimir Timoşko bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı açıqlama yayıb.
Prezident rus hərbçiləri tərəfindən vurulan Xarkovdakı tikinti malları hipermarketində 200-dən çox adamın ola biləcəyini deyib.
“Rusiya şənbə günü, günün ortasında bizim Xarkova – tikinti malları hipermarketinə daha bir vəhşi zərbə endirildi. Hazırda hipermarketdə 200-dən çox insanın ola biləcəyi məlumdur. Artıq bütün xidmətlər yerində yardım göstərir. Ölənlər və yaralananlar haqqında məlumatımız var”, – deyə Ukrayna prezidenti qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemləri və müasir döyüş təyyarələri olsaydı, Rusiyanın bu cür zərbələri mümkünsüz olardı.
“Buna görə də biz bütün liderlərə, bütün dövlətlərə, dünyaya səslənirik: bizə hava hücumundan müdafiə verin, insanları xilas edin”.- deyə Ukrayna prezidenti yazıb.
"AzPolitika.info"


Şərhlər
Elshen mellim , xalqi kim qirdirir? Her yerinden duran politikaynan meshqul olur !
Əclaf xalqı qırdırır sonra da kömək istəyir sən niyə vurmursan Rusiyanın şəhərini zavodlarını